"Qalatasaray" hücumçu aldı

"Qalatasaray" hücumçu aldı
XƏBƏR 19 Yanvar 2019 / 14:30 5186
-  A +

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul nəhəngi Çinin "Quançjou Everqrand" klubundan Alan Karvalyonun keçidini həll edib. Braziliyalı hücumçunun qarşıdakı həftə İstanbula gedərək, "sarı-qırmızılılar"la müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, 29 yaşlı forvard ötən mövsüm Çin klubunda 22 oyuna 18 qol vurub.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner