"Barselona" 33 yaşlı hücumçu alır?

"Barselona" 33 yaşlı hücumçu alır?
XƏBƏR 13 Yanvar 2019 / 14:15 4872
-  A +

"Tottenhem"in hücumçusu Fernan Lorente "Barselona"nın maraq dairəsinə düşüb.

Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu 33 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Komandanın baş məşqçisi Ernesto Valverde də mətbuata açıqlamasında heyətdə ispan oyunçuya yer olduğunu bildirib.

Qeyd edək ki, "Barselona"nın Çində çıxış edən nigeriyalı hücumçu Odion İqalo ilə də maraqlandığı iddia olunur.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner