"Qəbələ" Antalyaya getdi

"Qəbələ" Antalyaya getdi
XƏBƏR 13 Yanvar 2019 / 13:20 972
-  A +

"Qəbələ" Türkiyənin Antalya şəhərinə yollanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar" 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. “Qəbələ” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.

Qeyd edək ki, Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. “Qırmızı-qaralar” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandanın rəqibləri ayın 20-də “Yenisey, 4 gün sonra isə “Fakel” olacaq. Yanvarın 26-da olacaq son sınaq matçında “Qəbələ” Macarıstan təmsilçisi MTK ilə görüşəcək.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner