Maradona əməliyyat olundu

Maradona əməliyyat olundu
XƏBƏR 13 Yanvar 2019 / 09:44 1326
-  A +

Meksikanın "Dorados" klubunun baş məşqçisi Dieqo Maradona mədəsindəki problemlə bağlı əməliyyat olunub.

Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə əfsanəvi futbolçunun vəkili Matia Moria məlumat verib. Onun sözlərinə görə, Buenos-Ayresdəki klinikaların birində olan əməliyyat kifayət qədər uğurlu keçib. Maradonanın tezliklə sağalıb, özişinin başına qayıdacağı bildirilib.

Qeyd edək ki, 58 yaşlı məşqçi ötən həftə mədəsindəki qanaxma ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Bədənində piylənmə gedən Maradona 2005-2015-ci illərdə də eyni problemlə üzləşmişdi.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner