"Spartak"a döndüyüm üçün sevinirəm" - Ayaz Quliyev

"Spartak"a döndüyüm üçün sevinirəm" - Ayaz Quliyev
XƏBƏR 10 Yanvar 2019 / 12:32 2516
-  A +

Azərbaycanlı futbolçu Ayaz Quliyev "Rostov"dan "Spartak"a qayıtmağına münasibət bildirib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə,  22 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu sabiq kluba qayıtdığı üçün sevindiyini deyib: "Əlbəttə, geri döndüyüm üçün sevinirəm. Yüksək əhval-ruhiyyədəyəm. Həyəcan böyükdür. Mən hələ qarşıma məqsəd qoymamışam. Təlim-məşq toplanışına indi başlayacağıq".

Qeyd edək ki, "Spartak" Ayazla uzunmüddətli müqavilə imzalayıb.

Xatırladaq ki, A.Quliyev “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz Moskva təmsilçisindən “Rostov”a keçmişdi.

 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner