Renatın komandası autsayderlə bacarmadı

Renatın komandası autsayderlə bacarmadı
XƏBƏR 9 Yanvar 2019 / 23:18 1553
-  A +

Portuqaliya Sequndasında 16-cı tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril"  autsayderlərdən biri olan "Aruka"nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Eştoril" 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, oyuna start heyətdə başlayan Dadaşov 26-cı dəqiqədə sarı vərəqə alıb. O, 67-ci dəqiqədə əvəzlənib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner