Nazarov oynadı, komandası qalib gəldi

Nazarov oynadı, komandası qalib gəldi
XƏBƏR 9 Yanvar 2019 / 20:58 2036
-  A +

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, ikinci bundesliqa təmsilçisi digər alman klubu "Halleşer"lə qarşılaşıb. Matç Aue təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

D.Nazarov sözügedən görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. İlkhissədən sonra qapıçıdan başqa,  bütün start heyəti oyunçuları kimi Nazarov da əvəzlənib.

 


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner