Şeydayev sabiq klubuna qarşı

Şeydayev sabiq klubuna qarşı
XƏBƏR 9 Yanvar 2019 / 19:27 3344
-  A +

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Birləşmiş Ərəb Əmirliklərində olacaq təlim-məşq toplanışındakı iki rəqibi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə, Samara təmsilçisi Slovakiyanın "Jilina" (22 yanvar) və Latviyanın "Riqa" (26 yanvar)  klubları ilə qarşılaşacaq. BƏƏ-dəki təlim məşq toplanışı yanvarın 14-dən 27-dək davam edəcək.

Qeyd edək ki, Ramil Şeydayev 2017-ci ilin yanvarından avqustuna kimi icarə əsasında "Jilina"da çıxış edib.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner