Millimizin sabiq üzvü Türkiyə klubunda

Millimizin sabiq üzvü Türkiyə klubunda
XƏBƏR 9 Yanvar 2019 / 02:17 3455
-  A +

Milli komandamızın sabiq üzvü Tuğrul Erat karyerasını Türkiyədə davam etdirəcək.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi 2-ci liqada mübarizə aparan "Karagümrük" klubuna keçib. Bu barədə aşağı dəstə təmsilçisinin vitse-prezidenti Cengiz Günaydın şəxsi "İnstaqram" səhifəsində məlumat verib.

Qeyd edək ki, əsas millimizdə 4, U-21-də isə 3 oyun keçirən Eratın son klubu Almaniya Regional Liqasında çıxış edən "Ştrelen" olub.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner