"Tottenhem" "Çelsi"ni məğlub etdi - Liqa kubokunda

"Tottenhem" "Çelsi"ni məğlub etdi - Liqa kubokunda
XƏBƏR 9 Yanvar 2019 / 01:58 3288
-  A +

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Tottenhem" doğma meydanda "Çelsi" ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. 27-ci dəqiqədə penaltidən fərqlənən Harri Keyn meydan sahiblərinə qələbə qazandırıb. Komandalar arasında cavab oyunu yanvarın 24-də olacaq.

Qeyd edək ki, bu mərhələnin digər matçı bu gün "Mançester Siti" ilə "Börton" arasında keçiriləcək. 

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner