Rüfətin komandası üçün daha bir rəqib

Rüfətin komandası üçün daha bir rəqib
XƏBƏR 8 Yanvar 2019 / 17:40 1363
-  A +

Mövsümün ikinci dövrəsinə hazırlığını davam etdirən "Proysen"in yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimizin hücumçusu Rüfət Dadaşovun da formasını geyindiyi Münster təmsilçisi ikinci sınağında "Fortuna Köln" komandası ilə qarşılaşacaq. Görüş yanvarın 19-da keçiriləcək.

Qeyd edək ki. Dadaşovun komandası yanvarın 11-də isə "Bayer"lə oynayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner