Orxan da "Keşlə"dən getdi

Orxan da "Keşlə"dən getdi
XƏBƏR 8 Yanvar 2019 / 16:04 2620
-  A +

"Keşlə" daha bir futbolçu ilə yollarını ayırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Orxan Sadıqlı ilə vidalaşıb. Qapıçının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Orxan mövsümün ilk hissəsini icarə əsasında "Sumqayıt"da keçirmişdi.

Qeyd edək ki, Sadıqlı qış fasiləsində "Keşlə"dən göndərilən 7-ci futbolçudur. Ona qədər Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyevlə yollar ayrılıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner