"Qalatasaray" İngiltərədən futbolçu alır

"Qalatasaray" İngiltərədən futbolçu alır
XƏBƏR 8 Yanvar 2019 / 13:25 3527
-  A +

"Qalatasaray" "Fulhem"in futbolçusu Stefan Yohanseni transfer edir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, yarımmüdafiə xəttini gücləndirmək istəyən “sarı-qırmızılar” bu mövsümün sonunda komandasıyla müqaviləsi başa çatacaq 28 yaşlı oyunçu üçün təklif göndərməyə hazırlaşır. Tərəflər arasında razılıq əldə olunsa, yaxın günlərdə transfer rəsmiləşəcək.

Qeyd edək ki, Norveç millisinin üzvü bu mövsüm İngiltərə klubunun heyətində 13 oyuna çıxıb və 1 qol ötürməsi verib.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner