"Qəbələ"nin sabiq baş məşqçisi qovuldu

"Qəbələ"nin sabiq baş məşqçisi qovuldu
XƏBƏR 8 Yanvar 2019 / 11:18 2177
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanu Rumıniya "Konkordiya"sından istefaya göndərilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, D. Muntyanu 2018-ci ilin sentyabrından Rumıniya birinci liqa təmsilçisini çalışdırırdı. Komanda hazırda turnir cədvəlində 17 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, D.Muntyanu 2014-2015 mövsümünün ilk yarısında "Qəbələ"nin baş məşqçisi olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner