“Məşqçilik kateqoriyası ilə bağlı imtahanlarda hər zaman səhvləri özümdə axtarmışam. Bu dəfə imtahanın müəyyən qismini yaxşı verdim, müəyyən hissəsi isə uğursuz alındı”.
Bunu UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vura bilməyən Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd imtahandan kəsilmə səbəbləri barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis bildirib ki, gələcəkdə özünü yenidən sınayacaq. Onun sözlərinə görə, yığmadakı işi də imtahanı uğurla verməsinə müəyyən qədər mane olub: “Çox çalışdım, amma alınmadı. Məşqçilər var ki, bir kursdan 4-5 dəfə kənarda qalıb. Mənim karyeramda isə bu, bir ilk idi. Növbəti kurs başlayanda müraciət edəcəyəm. İmtahandan məqsədli şəkildə kəsilməyimi, mənə qarşı qərəzin olduğunu düşünmürəm. Pro imtahanları ağır keçir, ilyarımadək davam edir. Həmin ərəfədə işimin çox olması, millinin matçları ilə bağlı səfərlər müəyyən qədər mənfi təsir etdi”.
V.Məmməd deyib ki, Pro kateqoriyasından ötrü UEFA-nın xarici ölkələrdə təşkil etdiyi kurslara qatılmaq fikri yoxdur: “Bunun üçün hər yerdə sistem eynidir. AFFA-nın təşkil edəcəyi kurslara qatılacağam. Amma hazırda komandanı Avropa çempionatının elit-raunduna hazırlamağa köklənmişəm”.
Qeyd edək ki, 9 mütəxəssis AFFA-nın UEFA ilə birgə təşkil etdiyi Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurub. Vüqar Məmmədlə yanaşı, Baba Əsgərov da imtahandan kəsilib (Report).
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video