Rumın məşqçi niyə “Qarabağ”ı seçdi?

Rumın məşqçi niyə “Qarabağ”ı seçdi?
XƏBƏR 7 Yanvar 2019 / 14:20 5746
-  A +

“Bizi qısamüddətli hazırlıq dövrü gözləyir. Vaxtımız azdır. Yanvarın 10-da təlim-məşq toplanışı üçün Antalyaya yollanacağıq”.

Qol.az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Botoşani” klubunun baş məşqçisi Liviu Çobotariu deyib.
 
Yanvarın 10-dan Antalyada təlim-məşq toplanışı keçəcək komandanın rəqibləri arasında Azərbaycan çempionu “Qarabağ” və Bolqarıstanda ötən mövsümün qızıl medalçısı “Ludoqorets” də var. Rumıniyalı mütəxəssis sınaq matçları üçün güclü klublar seçməsinin səbəbini açıqlayıb:

“Orada 5 yoxlama oyunu keçirəcəyik. Bu, bizim üçün birləşmə dövrü olacaq. Ağır oyunlar üçün bilərəkdən güclü rəqiblər seçmişəm. Çünki daha yaxşı dönüş etmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” Antalyada ilk yoxlama oyununu yanvarın 12-də məhz “Botoşani”yə qarşı keçirəcək. Ağdam təmsilçisi bundan başqa, yanvarın 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı isə Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner