Dodoya Latviyadan təklif

Dodoya Latviyadan təklif
XƏBƏR 7 Yanvar 2019 / 12:45 2573
-  A +

"Qəbələ"nin maraq dairəsində olan sabiq futbolçusu Dodo karyerasını Latviyada davam etdirə bilər.

Qol.az-ın Latviya mətbuatına istinadən yaydığı xəbərə görə, "Liepaya" braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Komandanın baxışa dəvət etdiyi oyunçular arasında Dodo da var. Onun gələn ay Türkiyə toplanışına qoşulacağı iddia olunur.

Qeyd edək ki, 2011-2016-cı illərdə "Qəbələ"də çıxış edən 31 yaşlı futbolçu "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib. O, 6 aydır klubsuzdur.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner