"Problem müdafiə xətti ilə bağlıdır. Oyuna elə də yaxşı başlaya bilmədik. Rəqibə istənilən hədiyyə bizə baha başa gəldi".
Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Santyaqo Solari La Liqanın 18-ci turunda evdə "Real Sosyedad"a məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis matçdakı mübahisəli epizodları da şərh edib:
"Hesabda geri düşdükdən sonra oyunun gedişini dəyişmək üçün hər şeyi etdik, amma əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. Sonra isə meydanda heç kimin başa düşmədiyi bir an yaşandı. Vinisiusa qarşı açıq-aşkar qayda pozuntusu var idi. Futbolda diqqətsizlik komandalara baha başa gəlir. Vinisiusun epizodu aşkar penalti olsa da, Ramosun vəziyyəti bir qədər mübahisəlidir".
Solari 18 yaşlı hücumçu Vinisius Juniorun çıxışı haqda da danışıb: "Qırmızı vərəqədən sonra öz oyunumuzu oynamağa davam etdik. Sona qədər vuruşduq. Bu, bizim üçün ço vacibdir. Vinisiusa gəlincə, o,çox yaxşı oyun keçirdi. Cəmi 18 yaşı olsa da, özünə inanır. Buna görə şadıq və futbolçudan hələlik artığını tələb edə bilmərik".
Qeyd edək ki, "Real" doğma meydanda "Real Sosyedad"a 0:2 hesabı ilə uduzub.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video