"Sabah"ın daha bir rəqibi bilindi

"Sabah"ın daha bir rəqibi bilindi
XƏBƏR 6 Yanvar 2019 / 12:40 1379
-  A +

Qış hazırlığını Antalyada davam etdirən "Sabah"ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

Qol.az-ın "nemzetisport.hu" saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın debütantı Türkiyədəki 3-cü sınağında Macarıstanın yüksək liqasında çıxış edən "Pakş" klubu ilə üz-üzə gələcək. Görüş yanvarın 22-də keçiriləcək. Bu, komandanın Antalyada sonuncu yoxlama matçı olacaq.

Qeyd edək ki, "Sabah" bu oyundan əvvəl, yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da Macarıstanın “MTK Budapeşt” klubları ilə qüvvəsini sınayacaq. Yanvarın 12-dəki rəqib haqda isə hələlik məlumat yoxdur.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner