"Qarabağ" getdi

"Qarabağ" getdi
XƏBƏR 6 Yanvar 2019 / 10:03 3207
-  A +

"Qarabağ" qış-təlim məşq toplanışı üçün Antalyaya yollanıb.

Qol.az-ın məlumatına görə, komanda bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Ağdam klubu qardaş ölkədə 3 həftəlik hazırlıq keçəcək.

Qeyd edək ki, "Qarabağ" Antalyada olduğu müddətdə 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq. Ağdamlılar bir gün sonra isə Bakıya dönərəcək.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner