“Keşlə”nin rəqibi dəyişdi

“Keşlə”nin rəqibi dəyişdi
XƏBƏR 5 Yanvar 2019 / 23:20 1268
-  A +

"Keşlə"nin Antalya toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirəcəyi rəqiblərindən biri dəyişib.

Qol.az-ın klubun rəsmi “feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, yanvarın 17-də Qazaxıstan təmsilçisi "Okjetpes"lə planlanan qarşılaşma baş tutmayacaq. Buna rəqibin məşqçilər heyətindəki dəyişiklik səbəb olub. Buna baxmayaraq, komanda yanvarın 18-də Özbəkistanın U-23 yığması ilə yoxlama görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, "Keşlə"nin Antalya toplanışı yanvarın 12-dən 26-dək davam edəcək.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner