Adı "Qarabağ"la hallanan futbolçu PAOK-da qaldı

Adı "Qarabağ"la hallanan futbolçu PAOK-da qaldı
XƏBƏR 5 Yanvar 2019 / 12:36 2648
-  A +

PAOK-un müdafiəçisi Yevgeni Xaçeridi Yunanıstan klubundan ayrılmayacaq.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, adı "Qarabağ"la da hallanan 31 yaşlı futbolçu Saloniki təmsilçisində qalmağa qərar verib. Ukraynalı oyunçu artıq komandanın düşərgəsinə qoşulub və ölkə çempionatının oyunlarına hazırlaşır.

Qeyd edək ki, bir neçə gün öncə Xaçeridinin "Qarabağ"dan təklif aldığı, ancaq Azərbaycanda oynamaq istəmədiyi üçün bundan imtina etdiyi iddia olunurdu.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner