Qodin "İnter"lə anlaşdı

Qodin "İnter"lə anlaşdı
XƏBƏR 5 Yanvar 2019 / 10:35 2649
-  A +

Mövsümün sonunda "Atletiko" ilə müqaviləsi başa çatacaq Dieqo Qodin karyerasını İtaliyada davam etdirəcək.

Qol.az-ın "Sky Sports İtalia"ya istinadən yaydığı xəbərə görə, uruqvaylı müdafiəçi "İnter"lə anlaşıb. 32 yaşlı futbolçu Milan təmsilçisi ilə 2 illik müqavilə ilə bağlı razılığa gəlib. Əgər onun çıxışı məşçilər heyətini razı salsa, anlaşmanın müddəti daha 6 ay uzadılacaq.

Qeyd edək ki, Qodinin "Atletiko"dan maaş azlığına görə ayrılmaq istədiyi söylənilir.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner