"Fənərbaxça"nın kapitanı üzr istədi

"Fənərbaxça"nın kapitanı üzr istədi
XƏBƏR 3 Yanvar 2019 / 12:56 3579
-  A +

Bir müddət öncə intizamsızlığa görə "Fənərbaxça"nın əsas komandasından kənarlaşdırılan Volkan Dəmirəl bağışlanıb.

Qol.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb. Klubun vitse-prezidenti Semih Özsoya hörmətsizlik etdiyi üçün əvəzedici heyətə göndərilən 37 yaşlı qapıçı bu gün keçirdiyi mətbuat konfransında başda prezident Ali Koç olmaqla, bütün "Fənərbaxça" azarkeşlərindən üzr istəyib:

“Başda prezidentimiz olmaqla, bütün qəlbini qırdığım insanlardan üzr istəyirəm. Mən “Fənərbaxça” üçün var oldum, bundan sonra da onun üçün var olacağam”.

Qeyd edək ki, V. Dəmirəl 2002-ci ildən şərəfini qoruduğu “sarı-lacivərtli” klubda ümumilikdə 495 oyuna çıxıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner