Millimizin üzvü komandasını xilas edə bilmədi

Millimizin üzvü komandasını xilas edə bilmədi
XƏBƏR 2 Yanvar 2019 / 20:58 2450
-  A +

Portuqaliya Sequndasında 15-ci turun növbəti oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Eştoril" doğma meydanda "Penafiel"i qəbul edib. Matçın taleyini bir qol həll edib. Fabio Abreunun 44-cü dəqiqədə vurduğu qol qonaqlara qələbə qazandırıb.

Oyuna ehiyatda başlayan Dadaşov 63-cü dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, "Eştoril" 29 xalla 3-cü pillədə qərarlaşıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner