Xames Rodriqes qərarını verdi - Gedir, yoxsa qalır?

Xames Rodriqes qərarını verdi - Gedir, yoxsa qalır?
XƏBƏR 2 Yanvar 2019 / 19:53 4870
-  A +

"Bavariya"da icarə əsasında çıxış edən Hames Rodriqes qış fasiləsində klubunu dəyişməyəcək.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, kolumbiyalı futbolçu "Yuventus"dan təklif alsa da, Münhen təmsilçisində qalmağa qərar verib. Mövsümün ilk yarısında zədə səbəbindən cəmi 8 oyunda meydana çıxan 27 yaşlı yarımmüdafiəçi ən azı yaya qədər Bundesliqada çıxış etmək istəyir.

Qeyd edək ki, Rodriqes müqavilə ilə "Real"a məxsusdur.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner