"Real" öz yetirməsini transfer edir

"Real" öz yetirməsini transfer edir
XƏBƏR 2 Yanvar 2019 / 17:40 4854
-  A +

"Sevilya"nın yarımmüdafiəçisi Pablo Sarabiya karyerasını "Real"da davam etdirə bilər.

Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, ispan futbolçu "kral klubu"nun maraq dairəsinə düşüb. Madrid təmsilçisi "Sevilya" ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan oyunçunu qış fasiləsində heyətinə qatmaq istəyir. Paytaxt klubunun 26 yaşlı yarımmüdafiəçi üçün tələb olunan 18 milyon avronu ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, 2016-cı ildən "Sevilya"da çıxış edən Sarabiya "Real"ın yetirməsidir. O, 2004-2011-ci illərdə "kral klubu"nun formasını geyinsə də, əsas komandada cəmi 1 oyun keçirib.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner