Həbiblə Konor arasında təkrar döyüş ola bilər

Həbiblə Konor arasında təkrar döyüş ola bilər
XƏBƏR 2 Yanvar 2019 / 11:30 3523
-  A +

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında bu il revanş döyüşü ola bilər.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə,  bunu UFC prezidenti Deyn Uayt bildirib.  “Belə hesab edirəm ki, revanş ola bilər. Hər şey plan üzrə getsə, döyüş olacaq” – deyə o qeyd edib.

Təkrar döyüş təklifi Konor Makqreqordan gəlib.

Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında keçirilən döyüşdə Konor Makqreqora qalib gəlib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner