"Milan"a söz verib, "Fiorentina"ya keçdi

"Milan"a söz verib, "Fiorentina"ya keçdi
XƏBƏR 2 Yanvar 2019 / 01:10 4040
-  A +

"Sevilya"nın hücumçusu Luis Muriel karyerasını İtaliyada davam etdirəcək.

Qol.az-ın ispan klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, kolumbiyalı futbolçu "Fiorentina"ya keçib. 27 yaşlı forvard icarə əsasında bu mövsümün sonuna kimi İtaliya klubunda çıxış edəcək.

Qeyd edək ki, daha öncə İspaniya mətbuatı Muriel "Milan"la anlaşdığını, bu kluba keçməyə yaxın olduğunu yazmışdı.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner