"Milliyə lazım deyiləm" - Buffon

"Milliyə lazım deyiləm" - Buffon
XƏBƏR 31 Dekabr 2018 / 14:52 2426
-  A +

PSJ-nin qapıçısı Canluici Buffon İtaliya millisinə qayıdacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Qol.az-ın "Corriere della Sera" nəşrinə istinadən yaydığı xəbərə görə, 40 yaşlı qolkiper məlumatı təkzib edib. Buffon bildirib ki, hazırda İtaliya millisində ona ehtiyac yoxdur:

"Mançini ilə danışmışam. Milli komandaya lazım deyiləm. Yığma əmin əllərdədir. Roberto düzgün seçim etməyi yaxşı bilir".

Buffon "Yuventus"dan gedişindən sonra kapitanlıq sarğısının Corco Kyelliniyə həvalə olunmasına da münasibət bildirib: "Şadam ki, məndən sonra millidə olduğu kimi, "Yuventus"da da sarğını Kyellini daşıyır. O, həm insan, həm də futbolçu kimi buna layiqdir".

Qeyd edək ki, Buffon ötən ilin noyabr ayında İtaliya millisi ilə vidalaşıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner