"Milan" hücumçu alır

"Milan" hücumçu alır
XƏBƏR 30 Dekabr 2018 / 16:25 3195
-  A +

"Sevilya"nın hücumçusu Luis Muriel "Milan"a keçməyə yaxındır.

Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Kolumbiyalı forvard İtaliya klubunda icarə əsasında çıxış edəcək. Məlumatı komandanın baş məşqçisi Cennaro Qattuzo da təsdiqləyib.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2017-ci ilin yayından "Sevilya"da çıxış edir.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner