"Hələlik “Mançester Siti”də hər şey qaydasındadır".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib. Komandasının mövsümün ilk dövrəsindəki çıxışını dəyərləndirən ispan mütəxəssis çempion olacaqlarını inandığını bildirib:
“İlk dövrədə 44 xal yığmışıq. Mövsümün ikinci hissəsində də bunu bacara bilsək, 88 xalımız olacaq. Bu isə çempionluq deməkdir. Son 20 ildə İngiltərə Premyer Liqasında titul qazanan klublara bundan da az xal kifayət edib”.
Qvardiola son vaxtlar əla formada olan əsas rəqibləri “Liverpul”un nəticələrinə də toxunub: “Liverpul”un son 9 oyunda qapısını toxunulmaz saxlayıb, daha çox qol vurması haqda nə demək olar? Bu nöqteyi-nəzərdən mersisaydlılarla rəqabət apara bilmərik. Futbol gözlənilməz nəticələrlə doludur. İki, üç, dörd, hətta 5 oyunda da uduzmaq olar. Bunlar mümkündür. Bu gün məğlub olub, sabah İngiltərə Kubokunda “Liverpul”u üstələyə bilərik”.
Qeyd edək ki, hazırda 44 xalla 3-cü pillədə olan “Mançester Siti” lider “Liverpul”dan 10 xal geri qalır.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi