Maksimov "Dinamo"nu çalışdıra bilər

Maksimov "Dinamo"nu çalışdıra bilər
XƏBƏR 30 Dekabr 2018 / 10:23 2525
-  A +

"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov Belarusun "Dinamo" klubunu çalışdıra bilər.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis hazırda Brest təmsilçisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biri hesab olunur. Maksimovun həmyerlisi Yuri Kalitvintsevdən "yox" cavabı alan klub rəhbərliyi son olaraq Azərbaycanda işləmiş 50 yaşlı mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, ötən mövsümün 2-ci yarısında "Keşlə"ni çalışdıran Maksimov paytaxt təmsilçisinə ölkə kubokunu qazandırıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner