Millinin üzvü həbs olundu – tibb bacısını döydüyü üçün

Millinin üzvü həbs olundu – tibb bacısını döydüyü üçün
XƏBƏR 29 Dekabr 2018 / 18:18 3483
-  A +

İngiltərənin U-17 yığmasının üzvü Rikardo Kolder həbs olunub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Aston Villa” klubunun sabiq oyunçusu avtodayanacaqda tibb bacısını vəhşicəsinə döydüyü üçün  9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin may ayında baş verib. Kolderlə mübahisə edən xanım sürücü öz avtomobili ilə futbolçunun maşınını vurub. Bundan sonra avtomobilə yaxınlaşan əslən misirli futbolçu əvvəlcə pəncərədən qadına yumruq vurub. Sonra isə qapını açaraq, ayağı ilə ona zərbə endirməyə başlayıb.

Həmin görüntüləri təqdim edirik.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner