"Qarabağ"ın legioneri xeyriyyə oyununda - Şəkil

"Qarabağ"ın legioneri xeyriyyə oyununda - Şəkil
XƏBƏR 27 Dekabr 2018 / 16:52 3581
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Miçel İspaniyada xeyriyyə matçında iştirak edib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 33 yaşlı oyunçu doğulduğu Asturiya bölgəsində mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə həsr olunmuş futzal oyununda meydana çıxıb.

Görüşdə “Real Ovyedo” və “Sportinq” klublarının sabiq futbolçuları forma geyiniblər. Matçdan sonra fikirlərini söyləyən Miçel bildirib ki, dostlarını, köhnə tanışlarını görmək və ehtiyacı olanlara kömək etmək onun üçün xoşdur.

Qeyd edək ki, “Real Ovyedo”nun yetirməsi olan Miçel 2015-ci ilin yayından “Qarabağ”da çıxış edir.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner