“Napoli”nin müdafiəçisi Xalidu Kolibali irqçiliyə məruz qalıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Karlo Ancelotti A Seriyasının 18-ci turunda səfərdə “İnter”ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, rəqib azarkeşlər seneqallı futbolçunun hər topa toxunuşunda meymun səsləri çıxarıblar:
“Adətən sakitliyi və peşəkarlığı ilə seçilən Kolibalini çox əsəbləşdirdilər. Futbolçu oyun boyunca meymun səsləri çıxaran azarkeşlərin irqçi təzyiqinə məruz qaldı. Çox qəribə bir vəziyyət idi. Üç dəfə oyunun dayandırılmasını tələb etdik və hər birində anons etdilər. “Davam edin, oyunu dayandıra bilmərik” dedilər. Bundan sonra lazımı qərarı deyəsən, özümüz verəcəyik. Texniki məğlubiyyət alsaq da, meydanı tərk edəcəyik. Bunlar İtaliya futbolu üçün yaxşı şeylər deyil”.
Oyunun 80-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra meydandan qovulan 27 yaşlı müdafiəçi özü də şəxsi “Twitter” hesabından məsələyə münasibət bildirib: “Dərimin rəngiylə qürur duyuram. Fransalı, seneqallı və “Napoli”li olmağımla fəxr edirəm".
Qeyd edək ki, azarkeşlərin irqçi şüarlarına görə "İnter"ə cəza veriləcəyi gözlənilir.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu