Ozobiç çempion oldu - futzal turnirində

Ozobiç çempion oldu - futzal turnirində
XƏBƏR 27 Dekabr 2018 / 11:15 2503
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç vətəni Xorvatiyada Dino Petrinoviçin xatirəsinə həsr olunmuş ənənəvi futzal turnirində iştirak edib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 4 komandalı yarışın qalibi məhz Ozobiçin yer aldığı kollektiv olub. Onlar yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi “Tropik”i 7:2, finalda isə "Tennis"i 5:2 hesabı ilə məğlub edərək, çempion adını qazanıblar.

Qeyd edək ki, turnirdə Oqnyen Vukoyeviç, Milan Rapaiç, İvitsa Mornar, İvitsa Oliç, Niko Krançar, İvan Klasniç kimi məşhurlar iştirak ediblər.






Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner