Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey fəaliyyətini davam etdirir.
Dekabrın 22-si açılışı olan muzey “Torqovı”da, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında yerləşir. Muzeyə marağın ilk gündən az olmadığını birmənalı şəkildə söyləmək olar. Bu həm iş, həm də qeyri-iş saatlarına aiddir. Bununla bağlı statistik rəqəmi yazının sonlarında diqqətinizə çatdıracağıq.
Hələliksə..
Muzeyə giriş qapısındaca mühafizənin yoxlamasından sonra qeydiyyatdan keçirsən. Yoxlama zamanı əgər sizdə içində maye olan şüşə qab (su, parfüm və s.) varsa, onunla muzeyə keçməyə icazə verilməyəcək. Şüşə qabı mühafizəyə təqdim edib, sonra ondan ala bilirsən. Maraqlıdı ki, qeydiyyat zamanı hətta telefon nömrəni da istəyirlər. Səbəbini soruşduqda bildirirlər ki, bütün bunlar AFFA-da Avroliqa üçün qeydiyyat bazasına düşmək, yaxın gələcəkdə isə Avroliqanın finalı, bilet satışı ilə əlaqədar sms-lərin göndərilməsi üçündür.
Havanın soyuq, iş vaxtı olmasına baxmayaraq, muzeyə xeyli insanın maraq göstərdiyini görmək mümkün idi. Burada ilk addımda diqqətimi Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil etmiş hər üç klubumuzun – “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin bayraqları qarşılayır. Vitrində isə bu komandaların formaları da var. Muzeyin eksponatları arasında divardan asılmış dünyaca məhşur futbolçuların Avroliqa formaları, muzeyin tam ortasında isə bu yarışın tarixinin müxtəlif vaxtlarına aid original, imzalı toplar yerləşdirilib. Burda kimlərin imzalı formaları yoxdu ki. Del Pyero, Totti, İbrahimoviç… Elə onların formaları qarşısında şəkil çəkdirib, selfi edənlər az deyildi. Sıralarında azyaşlı uşaqlardan tutmuş ağsaqqal dayı və əmilər də, gənc oğlan və qızlar da, futbola sevgisi olanlar da və hətta olmayanlar da vardı. Olmayanlar bura niyə gəlmişdi? Yəqin ki, muzeydən çəkdikləri şəkilləri İnstagramda paylaşmaq üçün…
Muzeyin hər tərəfi iştirakçılar üçün demək olar ki, məlumat deposuna çevrilib. Avropa Liqasında ilə bağlı vacib məlumatlar, qeydə alınmış xüsusi hesablar və rəqəmlər stend vasitəsi ilə formaların asıldığı divarların ətrafında qeyd olunmuşdu. Muzeydən verilən məlumata görə, 25 dekabra kimi buranı 6300-dən çox insan ziyarət edib və bu say artmağa davam edir. Bildirilib ki, ziyarətçilər ən çox “Yuventus”, “Roma” və “Beşiktaş”ın, başqa sözlə, Alessandro del Pyero, Françesko Totti və Rikardo Quarejma kimi futbolçuların formalarına maraq göstərirlər.
Dekabrın 23-ü Argentinanın əfsanəvi futbolçusu Ernan Kresponun UEFA-nın ulduz səfiri qismində Bakıya səfəri zamanı muzeydə iştirak edərək, futbolsevərlə şəkillər çəkdirib, onlara avtoqraf verməsi də muzeyə olan marağın artmasına səbəb olub.
Yanvranın 7-ə kimi fəaliyyət göstərəcək muzey saat 15:00-dan 22:00 kimi ictimaiyyətə açıq olur.
Məftun RƏSULZADƏ
Muzeydən çəkdiyimiz şəkilləri təqdim edirik
Yuxarı
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu