"Astana"nın baş məşqçisi Roman Qriqorçukla bağlı növbəti iddia ortaya atılıb.
Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, "Ordabası"nın ukraynalı yarımmüdafiəçisi Kiril Kovalçuk klubun rəsmi saytına müsahibəsində 53 yaşlı mütəxəssisin yenidən ölkə çempionuna qayıdacağını bildirib. 2012-2014-cü illərdə Odessa "Çernomorets"ində həmyerlisinin başçılığı altında oynayan 32 yaşlı futbolçu onun dönüşünün "Astana"ya xeyir verəcəyini bildirib:
"Eşitdiyimə görə, Qriqorçuk "Astana"ya qayıdır. O, indiyə qədər işlədiyim ən yaxşı məşqçilərdən biridir. Ona görə də əminəm ki, Qriqorçukun qayıdışı bu komandaya ancaq xeyir verə və kömək edə bilər. Son illərdə qazandığı uğurlar da bunu sübut edir".
Təcrübəli futbolçu "Ordabası"nın baş məşqçisi, vaxtı ilə ölkəmizdə "İnter"i (hazırkı "Keşlə") çalışdırmış Kaxaber Sxadadze haqda da danışıb: "Onun tələbləri çoxdur. Məşqlərdə bacarığından artığını etməyini istəyir. İddialı və emosional məşqçidir. Əvvəllər çətin idi, amma sonradan hər şey alınmağa başladı".
Qeyd edək ki, ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq “Astana”nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu