"Futbolçular hər hansı məhdudiyyət barədə bir söz demədilər. Komanda ilə görüşümüzdə onlar bildirdilər ki, birinci qoldan sonra ikincini, üçüncünü vurmaq istəyirlər".
Qol.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Yunayted"in yeni baş məşqçisi Ole-Qunnar Sulşer deyib. Komandasının oyun üslubu haqda danışan norveçli mütəxəssis bundan sonra daha çox hücum futboluna üstünlük verəcəklərini bildirib:
"Daim hücum etmək "Mançester Yunayted"in təbiətində var. Aydın məsələdir ki, bu, hər oyunda olmayacaq. Amma düşünmürəm ki, Reşford, Marsyal, Linqard və Poqbanın hücuma keçməsi hansısa komandanın xoşuna gələcək. Nəyə görə biz həmin futbolçuları dayandırmalıyıq ki? Hücum fəlsəfəsi "Mançestr Yunayted"in divarlarında yazılıb. Bu, klubun ənənəsi və tarixidir. Biz belə oynayırıq, belə oynamaq istəyirik. "Kardiff"lə matç görmək istədiklərimizi əks etdirdi".
Qeyd edək ki, Joze Mourinyonun istefaya göndərilməsindən sonra "Mançester Yunayted"ə baş məşqçi təyin olunan Sulşerlə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu