Daha bir ağırlıqqaldıranımıza 4 illik cəza

Daha bir ağırlıqqaldıranımıza 4 illik cəza
XƏBƏR 24 Dekabr 2018 / 11:31 1947
-  A +

Orqanizmində qadağan olunmuş preparat aşkarlanan azərbaycanlı ağırlıqqaldıran Azər Məmmədlinin cəza müddəti açıqlanıb.

Qol.az-ın Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə,  105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Orqanizmində etioxolanolon maddəsi tapılan Məmmədlinin cəzası 17 iyul 2018-ci ildən qüvvəyə minib.

Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha əvvəl "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi Anastasiya İbrahimlinin 4 illik cəzalandırıldığını açıqlayıb. Elmar Alıyev və Hüseyn İsmayılovdan götürülən nümunələrin müsbət nəticə verdiyi də açıqlayıb. Onların cəza müddəti hələlik açıqlanmayıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner