"Sumqayıt"da ilk ayrılıq - rəsmi

"Sumqayıt"da ilk ayrılıq - rəsmi
XƏBƏR 23 Dekabr 2018 / 22:41 3641
-  A +

Qış fasiləsində "Sumqayıt"dan ayrılan ilk futbolçu müəyyənləşib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi Orxan Əliyevlə vidalaşıb. 23 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, təxminən 2 ay öncə transfer olunan Orxanın "Sumqayıt"la sözləşməsi mövsümün sonuna qədər idi.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner