38 milyonluq futbolçu "İnter"dən kənarlaşdırıldı

38 milyonluq futbolçu "İnter"dən kənarlaşdırıldı
XƏBƏR 23 Dekabr 2018 / 17:36 4827
-  A +

"İnter" bu mövsümün əvvəlində "Roma"dan transfer etdiyi Raca Naynqolanı müvəqqəti olaraq əsas komandadan kənarlaşdırıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, belçikalı futbolçu intizamsızlığına görə əvəzedici heyətə göndərilib.

Qeyd edək ki, "İnter"in 38 milyon avroya aldığı 30 yaşlı yarımmüdafiəçi Milan təmsilçisində ümumilikdə 15 oyun keçirib və 3 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner