Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilə bilər.
Qol.az-ın Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı idmançının dopinq-testinin təkrar analizi müsbət nəticə verib.
Bolqarıstanlı legionerin sidik analizi zamanı qadağan olunmuş dehidroxlorometiltestosteron aşkarlanıb. Bundan başqa, Meline Daluzyan (Ermənistan), Nikolay Novikov (Belarus), Aleksey Toroxti (Ukrayna) və Ruslan Nurudinovun (Özbəkistan) təkrar dopinq-testinin nəticəsi müsbət çıxıb. Adıçəkilən bütün idmançılar yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestestoron maddəsi aşkarlandığı üçün 2 il, 2015-ci ildə isə nandrolon tapılması səbəbindən 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristov 2013-cü il Avropa çempionatının qızıl, 2015-ci il dünya çempionatının bürünc medalından məhrum edilib.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe