Rüfət Dadaşov start heyətdə

Rüfət Dadaşov start heyətdə
XƏBƏR 22 Dekabr 2018 / 16:25 1828
-  A +

Milli komandamızın üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" 3-cü bundesliqanın 20-ci turunda bu gün doğma meydanda "Fortuna Köln"ü qəbul edəcək.

Qol.az-ın məlumatına görə, artıq zədəsini sağaldan azərbaycanlı hücumçu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunun ilk dəqiqələrindən meydanda olacaq. Komandanın baş məşqçisi Marko Antverpen zədədən yenicə qayıtmasına baxmayaraq, 28 yaşlı forvardın adını görüşün start heyətinə daxil edib.

Qeyd edək ki, hazırda 7 qolla komandanın bombardiri olan Dadaşov zədə səbəbindən son 3 oyunu buraxıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner