“Gələn il tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək”.
Qol.az-ın xəbərinə görə, bu sözləri prezident İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı deyib.
O qeyd edib ki, bu görüşü Bakıda keçirmək o qədər də asan məsələ deyil. “Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, mövcud olan infrastruktur, idman obyektləri, gözəl Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində rol oynayıb” – deyə İ.Əliyev vurğulayıb.
Xatırladaq ki, Avropa Liqasının final matçı 2019-cu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar sırasında futbol mütəxəssisi Ağasəlim Mircavadov da olub.
Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan dövləti idmançılara hər zaman yüksək qiymət verir, diqqət göstərir: "Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə çalışmışam ki, idmançılara qayğı, diqqət göstərim, onların problemlərini həll edim, onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq. Bu il də bu mükafatlar verilir, o cümlədən görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcək".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı