Milli komandamızın sükanı arxasına keçməyə əsas namizədlərdən olan Canni de Byazi xarici ölkə yığmasından təklif aldığını bildirib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ancaq 62 yaşlı mütəxəssis bunun hansı ölkə olduğunu açıqlamayıb:
"Xarici ölkənin milli komandasını çalışdırmaqla bağlı təklif almışam və hazırda buna görə həyəcanlıyam".
İtaliyanın "Tuttomercatoweb.com" saytı isə C. de Byazi ilə AFFA arasında danışıqların davam etdiyini və məsələyə bu həftə içində aydınlıq gələ biləcəyini yazıb. İddiaya görə, təcrübəli mütəxəssis də millimizin sükanı arxasına keçməkdə maraqlıdır.
Qeyd edək ki, 2011-2017-ci illərdə Albaniya yığmasını çalışdıran Canni de Byazi bu komandanı tarixində ilk dəfə - 2016-cı ildə Avropa çempionatının final mərhələsinə yüksəldib. O, 2017-ci ilin sentyabrında baş məşqçi təyin edildiyi "Alaves"dən isə elə həmin ilin noyabrın 27-i qovulub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı