“Qarabağ”ın kapitanı Rəşad Sadıqov daha bir tarixi göstəriciyə imza atır.
Azərbaycan millisində 100 və daha çox oyun keçirən yeganə futbolçu kimi tarixə düşən 36 yaşlı müdafiəçi avrokuboklarda da bu rəqəmi fəth edir.
Avropa Liqasının qrup mərhələsinin “Sportinq”lə noyabrın 29-da keçiriləcək görüşdə Rəşad meydana çıxarsa, o zaman bu, onun qitə miqyaslı klub turnirlərində 100-cü matçı olacaq. Portuqaliya təmsilçisi ilə qarşılaşma ərəfəsində futbolçunun hesabında 99 oyun və 7 qol var.
Bu göstəricidə Azərbaycan futbolçuları arasında mütləq rekordçu olan Sadıqov Bakı Olimpiya Stadionundakı görüşə çıxmaqla yubiley – 100-cü oyunun iştirakçısı olacaq. Rəşad bu göstəriciyə 17 ildə çatıb.
2001-ci il avqustun 9-da “Neftçi”nin UEFA kubokuna “Qoritsa” ilə evdə keçirdiyi görüş 19 yaşlı müdafiəçinin debütü kimi yadda qalıb. Sloveniya klubu ilə bu görüş qolsuz heç-heçə başa çatıb. Rəşad “Neftçi”dən başqa “Kayserispor” və “Qarabağ”ın heyətində də avrokuboklarda çıxış edib. “Qoritsa” ilə matçda onunla komanda yoldaşı olan Qurban Qurbanov da artıq neçə vaxtdı baş məşqçisidir.
99 oyunu üç klubda keçirən müdafiəçi 5 dəfə legioner kimi – Türkiyə “Kayseripor”unda meydana çıxıb. Azərbaycan klubları ilə 95-ci sınağa hazırlaşan Rəşad “Neftçi”də 18 matçda 2 qol vurubsa, “Qarabağ”da 76 görüşdə 5 dəfə fərqlənib.
Müdafiəçi üç müxtəlif turnirdə oynayıb. O, Çempionlar Liqasında 31, əvvəl UEFA kuboku, sonradan Avropa Liqası adlanan turnirdə 58, İntertoto kubokunda 10 oyunda forma geyinib. Rəşad qollarından 6-nı Avropa Liqası, 1-ni İntertoto kubokunda vurub.
Qeyd edək ki, Rəşad 1 mövsüm Çempionlar Liqasında, 4 mövsüm Avropa Liqasında qrupa qədər irəliləyib və əsas mərhələnin həyəcanını yaşayıb. Bu uğurların hamısı indiki klubu “Qarabağ”ın heyətində gerçəkləşib (matc.az).
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov