FİFA-nın “Football For Schools” proqramı çərçivəsində hazırlanmış mobil tətbiq artıq Azərbaycan dilində də istifadəyə verilib.
Sözügedən tətbiq futbol texnikalarının öyrədilməsi ilə yanaşı, uşaqların komanda işi, əməkdaşlıq, ünsiyyət, hörmət, intizam və digər həyat bacarıqlarının inkişafına yönəlmiş məşğələləri özündə birləşdirir. Bu baxımdan platforma fiziki tərbiyə müəllimləri, futbol məşqçiləri və uşaqlarla çalışan digər mütəxəssislər üçün praktiki resurs rolunu oynayır.
AFFA-nın Kütləvi Futbol Departamentinin Məktəblərdə Futbol Şöbəsinin rəisi İlkin Mustafayev QOL.az saytının “Football For Schools” proqramı ilə bağlı suallarını cavablandırıb.
- “FİFA Football For Schools” tətbiqi artıq Azərbaycan dilində də istifadəyə verilir. Əvvəlcə istərdik ki, oxucularımıza bu platformanın mahiyyəti və əsas məqsədi barədə məlumat verəsiniz.
- “FIFA Football For Schools” futbolun uşaqların inkişafında bir vasitə kimi istifadəsini qarşıya məqsəd qoyan mühüm platformalardan biridir. Burada məqsəd yalnız uşaqlara futbol texnikalarını və oyun qaydalarını öyrətmək deyil. Eyni zamanda onların komanda işi, əməkdaşlıq, ünsiyyət, qarşılıqlı hörmət, intizam və digər həyat bacarıqlarının inkişafına töhfə verməkdir. Platformada müxtəlif yaş qrupları üçün hazırlanmış strukturlaşdırılmış dərs və məşğələlər, futbol məşqləri və oyunlarını əyani şəkildə nümayiş etdirən təlim videoları təqdim olunur.
- Azərbaycan dilinin tətbiqə əlavə olunması təşəbbüsü necə yarandı və AFFA-nın bu prosesdə rolu nədən ibarət oldu
- Azərbaycan dilinin platformada dəstəklənməsi ilə bağlı bir müddət əvvəl AFFA tərəfindən FIFA-ya müraciət olunmuşdu. Məqsəd ölkəmizdə fiziki tərbiyə müəllimlərinin, futbol məşqçilərinin və uşaqlarla çalışan digər mütəxəssislərin platformanın imkanlarından daha rahat və effektiv şəkildə yararlanmasını təmin etmək idi. Müraciətimiz qısa müddətdə müsbət qarşılandı və nəticədə tətbiqin Azərbaycan dilində istifadəsi təmin edildi. Bunu FIFA ilə əməkdaşlığımızın müsbət nəticələrindən biri kimi qiymətləndiririk.

- Sizcə, belə bir platformanın məhz Azərbaycan dilində təqdim olunması praktikada nəyi dəyişə bilər?
- Ana dilində təqdim olunan təlim materiallarının istifadəsi, şübhəsiz ki, platformanın əlçatanlığını artırır. Müəllim və məşqçilər məşğələlərin məqsədini, qaydalarını və tətbiq üsullarını daha rahat qavraya bilirlər. Bu isə öz növbəsində həmin məşğələlərin uşaqlara daha düzgün çatdırılmasına imkan yaradır. Biz hesab edirik ki, dil baryerinin aradan qaldırılması platformadan istifadə dairəsinin genişlənməsinə də müsbət təsir göstərəcək.
- Tətbiq daha çox hansı kateqoriyadan olan mütəxəssislər üçün faydalı ola bilər?
Əsas auditoriya fiziki tərbiyə müəllimləri, futbol məşqçiləri və uşaqlarla çalışan mütəxəssislərdir. Xüsusilə uşaqlarla mütəmadi məşğələlər keçirən şəxslər üçün platformadakı hazır və strukturlaşdırılmış resurslar praktik baxımdan faydalıdır. Məşqçi və müəllim müxtəlif yaş qruplarına və uşaqların hazırlıq səviyyəsinə uyğun məşğələlər seçə bilər.
- Platformada konkret olaraq hansı imkanlar mövcuddur?
- Tətbiq kifayət qədər geniş funksional imkanlara malikdir. Burada müxtəlif yaş qrupları üçün hazırlanmış dərs və məşğələlər, futbol məşqləri və oyunlarını nümayiş etdirən təlim videoları mövcuddur. Bundan əlavə, istifadəçi seçdiyi məşğələləri yadda saxlaya və ehtiyaclarına uyğun fərdi proqram formalaşdıra bilər. Digər mühüm üstünlük isə məşğələləri əvvəlcədən cihaza yükləyərək internet bağlantısı olmadan istifadə etmək imkanının olmasıdır.
- İnternet olmadan istifadə imkanını xüsusilə qeyd etdiniz. Bu xüsusiyyət Azərbaycanda nə dərəcədə əhəmiyyətlidir?
- Bu, praktiki baxımdan kifayət qədər əhəmiyyətli funksiyadır. Çünki bütün məşğələlərin keçirildiyi məkanlarda internet bağlantısının keyfiyyəti eyni olmaya bilər. Materialları əvvəlcədən cihaza yükləmək imkanının olması məşqçi və müəllimə həmin resurslardan internetə ehtiyac olmadan istifadə etməyə şərait yaradır. Bu da platformanın müxtəlif şəraitlərdə tətbiqini asanlaşdırır.
- Tətbiqin uşaqların yalnız futbol bacarıqlarına deyil, həyat bacarıqlarına da fokuslandığını vurğuladınız. Bu yanaşma nə üçün vacibdir?
- Bizim üçün uşaqların futbol öyrənməsi qədər onların şəxsiyyət kimi inkişafı da vacibdir. Futbol komanda oyunu olduğu üçün uşaqlar məşq prosesində bir-biri ilə əməkdaşlıq etməyi, ünsiyyət qurmağı, qaydalara əməl etməyi, komanda yoldaşlarına və rəqiblərə hörmətlə yanaşmağı öyrənirlər. “FIFA Football For Schools” da bu yanaşmanı özündə birləşdirir. Yəni futbol burada həm idman, həm də tərbiyə və inkişaf vasitəsi kimi nəzərdən keçirilir.

- Platformanın fərqli yaş qruplarına uyğun olması məşqçilər üçün hansı üstünlükləri yaradır?
- Uşaqların fiziki və psixoloji inkişaf səviyyələri yaşa görə dəyişir. Ona görə də bütün uşaqlara eyni məşğələ proqramının tətbiqi düzgün yanaşma olmaya bilər. Platformada müxtəlif yaş qrupları üçün strukturlaşdırılmış məşğələlərin olması məşqçilərə daha məqsədyönlü seçim etmək imkanı verir. Onlar uşaqların yaşını, hazırlıq səviyyəsini və konkret ehtiyaclarını nəzərə alaraq uyğun məşğələləri seçə bilərlər.
- Tətbiqdə məşğələlərin yadda saxlanılması və fərdi proqramların formalaşdırılması imkanı da var. Bu funksiyanı necə qiymətləndirirsiniz?
- Bu imkan məşq prosesinin fərdiləşdirilməsi baxımından çox faydalıdır. Məşqçi və ya müəllim öz qrupuna uyğun hesab etdiyi məşğələləri seçərək yadda saxlaya və onlardan ibarət fərdi proqram yarada bilər. Beləliklə, platformadakı geniş resurslardan daha sistemli şəkildə istifadə etmək mümkündür.
- Hazırda platforma neçə dili dəstəkləyir və Azərbaycan dilinin bu siyahıya əlavə olunmasını AFFA üçün necə qiymətləndirirsiniz?
- “FIFA Football For Schools” ümumilikdə 39 fərqli dili dəstəkləyir və Azərbaycan dilinin də bu siyahıya əlavə olunması bizim üçün əhəmiyyətli addımdır. Bu, həm Azərbaycan dilində keyfiyyətli futbol-tədris resurslarının əlçatanlığını artırır, həm də ölkəmizdə futbolun uşaqlar arasında daha geniş və sistemli şəkildə təşviqinə xidmət edə bilər. İnanırıq ki, müəllimlər və məşqçilər platformanın imkanlarından istifadə etməklə məşğələlərin keyfiyyətini daha da yüksəldə biləcəklər.
- Sonda, “FIFA Football For Schools” tətbiqindən istifadə etmək istəyən müəllim və məşqçilərə nə tövsiyə edərdiniz
- Tövsiyəmiz bu platformanın imkanlarından mümkün qədər geniş istifadə etməkdir. Tətbiqdə hazır dərs və məşğələlərdən tutmuş təlim videolarına, fərdi proqramların hazırlanması və materialların oflayn istifadəsinə qədər müxtəlif imkanlar mövcuddur. Azərbaycan dilinin dəstəklənməsi isə bu resurslardan yararlanmağı daha rahat edir. Ümid edirik ki, platforma ölkəmizdə uşaqların həm futbol bacarıqlarının, həm də komanda işi, əməkdaşlıq, ünsiyyət, hörmət və intizam kimi mühüm həyat bacarıqlarının inkişafına öz töhfəsini verəcək.
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər
"Borussiya"nın Bakıda oteldəki məşqindən maraqlı - Video
“Qalatasaray” müraciət etdi, UEFA-dan rədd cavabı aldı
"Yuventus"da itki
"Sarı divar"ı yaradanlar da Bakıdadır...
Ten Haq: “Qoy Kerrik öz işini görsün”
“Barselona” prezidentindən “Real”a sərt ittihamlar
Bugünkü oyunları yayımlayacaq kanallar
Bakıya ilk gələn Nikaraqua millisi oldu - Şəkillər
Ronaldo cəzasının yüngülləşdirilməsini istəyib
"Tottenhem"dən mövsümün ilk qələbəsi
“Qalatasaray” UEFA-ya müraciət edəcək
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"