40 yaşlı Modriçin milli karyerası davam edir

40 yaşlı Modriçin milli karyerası davam edir
DÜNYA FUTBOLU 5 Sentyabr 2026 / 17:13 242
-  A +

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisində çıxışını davam etdirəcək.

QOL.az xəbər verir ki, Xorvatiya Futbol İttifaqı milli komandanın kapitanının qarşıdakı Millətlər Liqası oyunları üçün heyətə daxil ediləcəyini açıqlayıb. Xorvatiya Çexiya, İspaniya və İngiltərə ilə qarşılaşacaq.

Modriç baş məşqçi Slaven Biliçə və federasiyanın prezidenti Marian Kustişə beynəlxalq karyerasını davam etdirməyə hazır olduğunu bildirib.

Biliç 40 yaşlı futbolçunun qərarından məmnunluğunu ifadə edib:

"Əlbəttə, Lukanın bu qərarı məni çox sevindirir. Onun Xorvatiya millisinin həm meydanda, həm də meydandan kənarda nələr verdiyini hamımız çox yaxşı anlayırıq.14 ildən sonra onunla yenidən işləmək imkanını səbirsizliklə gözləyirəm. Hər ikimizin Xorvatiyanın güclü və uğurlu komanda olaraq qalması, dünyanın ən yaxşı yığmaları ilə çiyin-çiyinə mübarizə aparması üçün böyük istəyi var".

Qeyd edək ki, Modriç Xorvatiya millisinin heyətində 202 oyun keçirib. O, yığmanın tarixində ən çox matçda iştirak edən futbolçudur.


Qarabağ FK
Son xəbərlər
topaz banner